ABŞ təşvişdə: “Harvi”dən sonra “İrma”

Atlantik okeanından Karib hövzəsinə və ABŞ-ın Florida ştatına doğru hərəkət edən “İrma” qasırğası güclənərək Saffir-Simpson şkalası ilə 5-ci kateqoriyaya çatıb.

Milli.Az NBC-yə istinadən bildirir ki, qasırğanın mərkəzində küləyin sürəti 175 km/saata çatıb. Qasırğa qərbə doğru 5,8 m/saniyə sürətlə hərəkət edir.

ABŞ-ın Milli Qasırğa Mərkəzindən (National Hurricane Center) verilən məlumata görə, Atlantik okeanının qərb hissəsindəki “İrma” bu axşam Puerto-Rikoya və Karib hövzəsindəki adalara çatacaq.

Florida ştatında fövqəladə vəziyyət elan olunub. Birləşmiş Ştatların prezidenti Donald Tramp ştatın qubernatoru Rik Skotta bildirib ki, floridalılara bütün yardımlar göstəriləcək.

“İrma”nın Florida ştatının cənub hissəsinə şənbə günü, günorta saatlarında çatacağı ehtimal olunur.

Florida ştatının cənubundakı Ki-Uest şəhərində yerləşən hərbi-dəniz bazasından təqribən 5 min hərbçi və onların ailələri təxliyə olunublar.

Bazada sadəcə, 50-60 hərbçinin qalacağı gözlənilir.

Bölgədəki digər hərbi obyektlərdə də təxliyə və köçürülmə əməliyyatları aparılır. Bir sıra gəmilər, sualtı qayıqlar və təyyarələr də qasırğanın vura biləcəyi bölgədən çıxarılır.

ABŞ HDQ-nin yetkilisi Bill Doqerti bəyan edib ki, Quantanamodakı hərbi baza ilə yanaşı, bazanın ərazisindəki həbsxanada saxlanılan 41 məhbus təxliyə olunmayacaq.

“İrma” qasırğası avqust ayının sonlarında Texas sahillərini vuran və fəlakətli sonuclar verən “Harvi” qasırğasından dəfələrlə güclüdür.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi