“Öz xətalarını “Media klubu”n dili ilə Azərbaycanın adına yazırlar”

“”Media klubu” yaradanlar ilk açıqlamalarını tənqidlə başlayıblar”. Bunu  Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Azərbaycanın peşəkar media qurumlarını, media mühitini, media təmsilçilərini tənqid və təhqirlə başlayıblar fəaliyyətə: “20-25 il öncənin ovqatı ilə yaşayırlar, hər şeyi qara rəngdə görürlər, bütün inkişafı kölgəyə almağa çalışırlar. Əgər normal tənqid kursu tutsalar, bəlkə də anlaşılardılar. Məsələ ondadır ki, tənqid etmək xatirinə mövcud olmayan faktlardan istifadə edirlər.

Maraqlıdır ki, Azərbaycan mediası və hökuməti adına səsləndirdikləri səhvləri, yanlışları zamanında özləri ediblər. Azərbaycan mediası və hökuməti adına yazmaq istədikləri səhvlər və yanlışlar onların özlərinə aiddir. Məsələn, Azərbaycan mediasında korrupsiya halından danışırlar. Axı hamının bildiyi faktdır ki, bütün postsovet məkanında “Soros” fondu, məhz Azərbaycanda qrant yeyənlərin maxinasiyaları ilə bacarmayıb, öz strukturunu bağlamaq məcburiyyətində qaldı. Həmin vaxt bu strukturun rəhbərliyində olan Mehman Əliyev və Arif Əliyev ən biabırçı şəkildə media nümayəndələrinin ittihamlarına məruz qaldılar və deməyə söz tapmadılar.

İndi bu şəxslər “Media klubu” yaradıblar, özlərinin yol verdikləri xətaları “Media klubu”n dili ilə Azərbaycanın adına yazırlar. Bu və digər onlarla fakt, deməyə əsas yaradır ki, bunların niyyəti xoş deyil. Ona görə də, qınanmalıdırlar. Mehman Əliyev gör kimlərlə “Media Klubu”, media siyasəti qurur?! Açın Elmdar Əliyevin, Əvəz Zeynallının, Elnur Məhərrəmlinin, Azər Qaramanlının və bu qondarma təsisatda təmsil olunanların saytlarına baxın. Onların az qala hər bir yazısı cinayət məsuliyyəti doğuracaq həddədir. Fikirləşmirlərmi ki, buna Azərbaycan cəmiyyəti necə baxır?”.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib