Azərbaycan diasporu milli xörəkləri Salonikidə təqdim edib
Azərbaycan diasporu milli xörəkləri Salonikidə təqdim edib
Bu günlərdə Yunanıstanın məşhur Saloniki şəhərində Qida Festivalı keçirilib. Plaz Aretsusda keçirilən 21-ci Qida Festivalında Azərbaycanı “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib. Cəmiyyətin üzvləri festivalda Azərbaycanın plov, dolma, qutab və digər təamlarını tanıdıblar. İştirakçılar milli xörəklərimizə böyük maraq göstəriblər. Festival həm də xeyriyyə məqsədi daşıyıb. Buradan əldə olunan vəsait Filiroda yerləşən yunan uşaq evinə bağışlanıb.