Diaspor nümayəndələri Salonikidə Azərbaycan yeməklərini tanıdıblar
İyunun 10-da Yunanıstanın məşhur Saloniki şəhərində Qida Festivalı keçirilib.
Saloniki şəhərindəki Plaz Aretsusda keçirilən 21-ci Qida Festivalında Azırbaycanı “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib.
Cəmiyyətin üzvləri festivalda Azərbaycanın plov, dolma, qutab və digər təamlarını tanıdıblar.
İştirakçılar milli xörəklərimizə böyük maraq göstəriblər. Festival həm də xeyriyyə məqsədi daşıyıb.
Buradan əldə olunan vəsait Filiroda yerləşən yunan uşaq evinə bağışlanıb.