Fuad Muradov Türkiyənin tanınmış sənətkarı Müşərrəf Akayı qəbul edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış sənətkarı Müşərrəf Akayı qəbul edib. Görüşdə Türkiyənin ictimai TV kanalı olan “TRT Avaz”da yayımlanan və Müşərrəf Akayın aparıcılıq etdiyi “Əziz dostlar” proqramı barədə danışılıb və Azərbaycanın daha yaxından tanıdılması istiqamətində görülən işlər müzakirə edilib.

Xatırladaq ki, “Əziz dostlar” proqramı “100 gün” başlığı ilə 3 aylıq proqramlarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edib və hər proqrama ölkəmizdən  sənət adamları, mədəniyyət xadimləri dəvət olunub.  Fuad Muradov həm “TRT Avaz” telekanalının, həm də şəxsən Müşərrəf Akayin bu xidmətini yüksək qiymətləndirib. Daha sonra əməkdaşlıq imkanları müzakirə edilib, yeni və ortaq TV proqramlarının hazırlanmasında Diasporla İş üzrə Dövlət Komitəsinin də yaxından iştirak edəcəyi  bildirilib. Komitə adından türkiyəli sənətkara xatirə hədiyyələri təqdim edilib.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi