Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləriAvropa Parlamentinin üzvləri ilə görüşüblər

Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər. Bu barədə AAK prezidenti Sahil Qasimov   məlumat verib.

İlk görüş Avropa Parlamentinin Bolqarıstandan olan millət vəkili İlhan Kuçuklə keçirilib. O bildirib ki, Parlament üzvləri ilə görüş böyük əhəmiyyət daşıyır və  hər bir dövlətin diaspora təşkilatları Avropa Parlamenti ilə six əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli, haqsız qərarlara görə hesabat tələb etməlidirlər. İ.Kuçuk  Azərbaycanın Brüseldəki səfirliyi ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə çalışdığını deyib.

Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule ilə keçirilib və hər iki deputatla Avropadakı Beynəlxalq təşkilatlarla  əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda Parlament üzvlərinə ingilis dilinə tərcümə olunmuş  “Əli və Nino”kitabı hədiyyə edilib.

AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsqəndərovun dəvəti ilə ADR-ın 100 illiyi münasibəti ilə əlaqədar təşkil edilən rəsmi qəbulda istirak ediblər.MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi