İlham Əliyev: “Azərbaycan və İranda əlaqələrimizin sürətli inkişafı üçün güclü siyasi iradə var”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

“Report”un xəbərinə görə, dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Prezident Həsən Ruhaninin Azərbaycana son səfərini məmnunluqla xatırlayıb və səfərin çox uğurlu olduğunu, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin böyük önəm daşıdığını deyib. Bu səfərdən keçən dövr ərzində əlaqələrimizin yeni dinamika aldığını qeyd edən Prezident İlham Əliyev uzun illər həll olunmamış məsələlərin birgə səylərlə öz həllini tapdığını bildirib. Bu, onu göstərir ki, hər iki ölkədə əlaqələrimizin sürətli inkişafı üçün güclü siyasi iradə var. Dövlət başçısı Mahmud Vaezinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrin həllinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, İran Prezidenti Həsən Ruhaninin adından və öz adından dövlət başçısına böyük səs çoxluğu ilə yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Mahmud Vaezi qeyd edib ki, İran-Azərbaycan ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər zamanı əldə edilmiş razılaşmaların səmərəli nəticələri göz qabağındadır və yüksək səviyyədə icra olunur, Azərbaycan ilə İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, Azərbaycanda avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb, Azərbaycandan İrana enerji ixracı həyata keçirilir. Nəqliyyat sahəsində əməkdaşlıq durmadan genişlənir, Astara-Astara dəmir yolunun tikintisi uğurla başa çatıb, yük terminallarının inşası davam edir.

Söhbət zamanı humanitar-mədəni əlaqələrin və turizm sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi