Fransa və İsveçrədə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq müsabiqə başa çatıb

Fransa və İsveçrədə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq müsabiqə başa çatıb

MediaZona. Az-a  Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumatda bildirilir ki, Fransanın Annemas və İsveçrənin Cenevrə şəhərlərində Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş bu ilki müsabiqədə qaliblərə ulu öndər Heydər Əliyev mükafatı da təqdim edilib.

Musiqi yarışına 3 kateqoriya üzrə 11 azərbaycanlı qatılıb və onlardan 5-i müsabiqənin laureatı və finalçısı olub. “Gənc pianoçular” kateqoriyasında iştirak edən həmyerlimiz Cehyun Əzizov və Albaniyadan olan Kostandin Taşko 1-ci yeri paylaşaraq Heydər Əliyev mükafatı ilə təltif olunublar və müsabiuqənin xüsusi mükafatını – Parisdəki Alfredo Korto adına Ali Musiqi Akademiyasında ödənişsiz təhsil almaq imkanını əldə ediblər. Digər həmyerlilərimiz Ramazan Hüseynov, Nərminə İsmayılova müsabiqənin finalçları sırasındadır.

Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsində ABŞ, Yaponiya, Azərbaycan, İndoneziya, Çin, Rusiya və Avropa ölkələri də daxil olmaqla 20 ölkədən 325  namizəd iştirak edib.

Dörd gün davam edən müsabiqənin açılışında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakçılara ünvanlanmış təbrik məktubu səsləndirilib. Beynəlxalq festival  Fransa və İsveçrə mediasında geniş işıqlandırılıb və musiqi ictimaiyyətinin diqqətini cəlb edib.

Qeyd edək ki, 1996-cı ildən başlayaraq 2 ildən bir keçirilən müsabiqədə indiyədək 3000-dən çox pianoçu iştirak edib. Müsabiqənin münsiflər heyətində tanınmış musiqi xadimləri, səfirlər, bəstəkarlar, tənqidçilər təmsil olunub.

Azərbaycanın əməkdar artisti Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 25 ildən çoxdur ki, Fransada yaşayan Adilə Əliyeva 50-dən artıq  ölkənin konsert salonlarında çıxış edib, 30-dan çox kompakt-disk ərsəyə gətirib.

 

 

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib