“Veysəloğlu Qrup” Cümhuriyyətin 100 illiyinə həsr olunan Universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirdi

Veysəloğlu Şirkətlər Qrupu və SABAH qruplarının birgə təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan Universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, turnirdə 10 ali təhsil müəssisəsində 20 komanda olmaqla, ümumilikdə 120 tələbə mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən “Nə? Harada? Nə zaman?” İntellektual yarışın qalibi Bakı Mühəndislik Universitetini təmsil edən “Promotey” komandası olub. Adıçəkilən komanda bütün suallara rəqiblərindən daha çox cavab verməyi bacarıb və turnirin ən güclüsü seçiliblər. Müvafiq olaraq 2-ci və 3-cü yerlərə isə Azərbaycan Dillər Universitetini təmsil edən “Fenomen” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetiniin “Fətəlity” komandaları layiq görülüb.

Qeyd edək ki, 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə sertifikatlar, medallar və kubok təqdim edilib, həmçinin Teas Press nəşriyyat evindən bestseller kitablar hədiyyə olunub.

Bundan başqa, turnirin çempionu “Promotey” komandası 2500 AZN, ikinci yerin sahibi “Fenomen” 1500 AZN, üçüncü yerə layiq görülən “Fətəlity” isə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən 1000 AZN pul mükafatı qazanıb.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi