“Anama söz vermişəm, düzünü danışacam”

 

Dələduzluğa görə tutulan və hazırda təqaüddə olan MTN polkovniki və digərlərinin növbəti məhkəməsi olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əlihüseyn Mahirov ifadə verib. Şahid uzun müddət məhkəmə sistemində çalışdığını, həmçinin sabiq polis əməkdaşı olduğunu söyləyib.

O, oğlunun həbs edildiyini və azadlığa çıxması üçün gəlininin təqsirləndirilənlərdən Ceyhun İbayevə pul verdiyini deyib: “Gəlinim Səriyyə pulu bu şəxslərə verəndən sonra qorxudulub. Ceyhun zəng etdi ki, oğlumun həbsdən azad olmasına görə 5 min lazımdır. Pulu düzəltdim. Dedim ki, mən də gəlim? Dedi ki, mən gəlsəm, işi korlayacam. Mən evdə qaldım. Guya bunlar oğlumu həbsdən buraxdıracaqdılar. Mən sonra bildim ki, Ceyhuna 147 min manat verilib. Həmin pulların verilməsindən xəbərim olmayıb. Pulu Ceyhun İbayev alıb. Bu oyunu Vüqar Əsədov başıma açıb. Məni Lənkərana və Lerikə apardı. Guya orada onun əmisi işi həll edəcəkdi. Ceyhun İbayev mənim qohumumdur. Günah ondadır. Çünkü pulu almışdı, gərək mənə də bu barədə deyərdi. Məndən qorxduğu üçün demədi”.

Təqsirləndirilən C.İbayev isə bu epizod üzrə bildirib ki, pulun geri qaytarılması ilə bağlı digər təqsirləndirilən Vüqar Güləli həmin pulun 30 min manatını öz boynuna götürüb.

“Bakıda Vüqarla görüşdük. Vüqar dedi ki, həbsdə olan şəxsin oğlu gəlsin. Sonra Vüqar dedi ki, gedib bir nəfərlə görüşüb, pulu gətirəcək. Vüqar o gedən getdi” – deyə C.İbayev söyləyib.

Digər təqsirləndirilən V.Güləli isə 147 min manat pulun zərərçəkmiş Səriyyə Tahirovadan alınmasının yalan olduğunu deyib.

O, həmin pulun 77 min manatından xəbərinin olduğunu, 7 minini işi həll etmək üçün başqa şəxsə verdiyini bildirib: “47 mini isə Vüqar Əsədova vermişəm. Anama söz vermişəm, düzünü danışacam. Gərək haqqla danışaq”.

Şahid qismində Elçin Orucov dindirilib. O, atasının 8 min manat zərər çəkdiyini bildirib: “Bu pul məni polisə düzəltmək üçün verilib. Təqsirləndirilən Nicat Əliyev Namaz adlı şəxslə bizi tanış edib. İki dəfə onunla görüşdüm. Sonra isə işi həll etmədi”.

Məhkəmənin növbəti iclası sentaybrın 14-nə təyin edilib.

İttihamda yazılır ki, adıçəkilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd edərək ondan 89 min 800 manat alıb. R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər zərərçəkmiş Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.

Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alıblar.

Xatırladaq ki, həbs edilənlərdən Vüqar Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O, MTN ləğv edilmədən əvvəl təqaüdə çıxıb.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilirlər. Təqsirləndirilən şəxslərdən üçü – V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri isə həbsdədir.

İ.Muradov
Musavat.com

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır