Aqiyə Naxçıvanlı: “Möhkəm təməl üzərində qurulan ailələrin sayı azalır”

“Təəssüf ki, bu gün cəmiyyətimzidə möhkəm təməl üzərində qurulan ailələrin sayı azalır”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu gün keçirdiyi “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda ailələrin dağılmasında artım müşahidə edilir.

Münaqişə olan ailələrdə uşaqların zəif formalaşdığını deyən komitə sədri bildirib ki, bu gün Azərbaycanda ailə institutunun qorunması prioritet istiqamətdir: “Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında rol oynayıb. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına çalışır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Xalqımız həmişə ailə dəyərlərini yüksək tutub. Bu ailə modeli bu gün yaşayır və biz bununla fəxr edirik”.

A.Naxçıvanlı əlavə edib ki, cəmiyyətimizdə erkən nikahlar hələ də var: “Cəmiyyətimizdə erkən nikah, zorakılıq hallarına, erkən nikaha daxil olanların təhsildən yayınmasına rast gəlinir. Vətəndaş nikahı, başqa sözlə desək, kəbin nikahı olsa da, Azərbaycanda nikah və ailə münasibətlərinin tənzimlənməsi yalnız rəsmi qeydiyyatdan keçdikdə tanınır. Dini kəbinlər heç bir hüquqi qüvvəyə malik deyil”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi