Uruqvaylı bəy öz toyunda türk rəqsi oynadı – VİDEO
Uruqvayın paytaxtı Montevideoda maraqlı toy olub. Gəlin türk qızı olduğuna görə, bəy toy günü ona qeyri-adi hədiyyə edib. Belə ki, bəy toyda dostları ilə türk rəqsi ifa edərək hamını heyrətə salıb. Toydakılar bəyi tanımasaydılar, rəqqasların hansısa rəqs qrupunun üzvləri olduğunu düşünərdilər. Kənardan maraqla seyr edən gəlin də rəqsə qatılıb. Sonda hamı birlikdə bu rəqsi oynayıblar.
Bəyin sözlərinə görə, o, bu rəqsi dəfələrlə Türkiyədə olarkən görüb. Toydan 2 ay əvvəl isə, hər gün dostları ilə “Erik dalı gevrekdir” rəqsini məşq edərək toy gününə hazırlaylb.