Arif Alışanovun İTV-dəki “sağ əli” zərərsizləşdirildi

Cəmil Quliyevin İTV-nin baş direktorluğundan getməsi ilə televiziyada Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun hökmranlığına son qoyulması prosesinə start verilib. Alışanovun TV-dəki adamlarının səlahiyyətləri bütünlüklə əlindən alınıb. 
Proses isə ilk növbədə AzTV sədrinin TV-dəki “kassir”indən başlanıb.
TV-dəki mənbənin saytımıza verdiyi məlumata görə, müvəqqəti baş direktor gələnə kimi bütün çəkilişlərə nəzarət hər kəsin “qara kassir” adlandırdığı Şahin İbrahimovda olub. Belə ki, qurumlardan gələn tədbir dəvətləri ilə bağlı faks aparatı məhz Ş. İbrahimovun otağında olub. Alışanovun təkidi ilə xəbərlər departamentinin baş redaktorunun, prodüserinin görməli olduğu iş – çəkilişlərin müxbirlərə yazılması işi “pulların qırağa çıxmaması” səbəbi ilə “qara kassir”ə həvalə olunub. Hətta onun otağında pulları yığdığı seyf də mövcud imiş.
Картинки по запросу ictimai tv
İddia olunur ki, Alışanovun adamı tədbir dəvəti gələn qurumlara zəng edib, işıqlandırılması üçün konkret məbləğ söyləyirmiş. “Pullu çəkiliş” olduqda isə öz müxbirlərini göndərirmiş. Məhz “pullu çəkiliş” səbəbindən də tədbirlərin müxbirlər arasında paylaşdırılması işinə nəzarəti Ş.İbrahimov ələ keçirib.  Qeyd olunur ki, tədbirlər 100-200 manat civarında məbləğə efirə verilirmiş.
C. Quliyevin getməsi, yeni rəhbərliyin kanala gəlməsi ilə isə çəkilişlərin müxbirlər arasında paylanması işi İTV-nin informasiya departamentinin direktoru Ələsgər Vəliyevə tapşırılıb. Ş. İbrahimovun taleyinin necə olacağı isə müəmmalıdır. Əldə olunan xəbərə görə, o, TV-də demək olar ki, görünmür, ara-sıra kanala gəlir və heç kimlə bir kəlmə də kəsmir.
“Qara kassir”in kimliyinə gəlincə, sözügedən şəxs TV-də bir neçə il əvvəl koordinator olaraq işə başlayıb. Koordinator isə çəkiliş qrupu üçün maşınların təyin edilməsi, çəkiliş yerinə aparılması və gətirilməsi işinə nəzarət edir. Onun TV-də sürücü və müxbir əlaqəsindən başqa heç bir əlaqəsi olmur.
TV əməkdaşları belə bir şəxsin isə bir müddət əvvəl qəfildən koordinatorluqdan çəkilişlərə qeyri-rəsmi nəzarət edən şəxs vəzifəsinə qaldırılmasının, ona xüsusi otaq ayrılmasının heç kimin diqqətindən yayınmadığını dilə gətirirlər.
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib