Nəsimi rayonunda ağacları kəsmək istəyən kimdir?!
Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 37 və 42-ci binaların arasında yerləşən ərazidə adı məlum olmayan şirkət 1962-ci ildən həmin zonada sürüşmənin qarşısını almaq məqsədilə əkilən ağacları kəsib, yerində hündürmərtəbəli bina tikmək fikrindədir.
Həmin ərazidə yaşayan sakinlər lazımı qurumlara ərizə ilə müraciət ediblər. Ümid edirlər ki, müvafiq qurumlar tərəfindən bu ağacların kəsilib atılmasına qarşı ciddi bir tədbir görüləcək.
Mövzunu diqqətdə saxlayacağıq. MediaZona.az