“Üçüncü dünya müharibəsi başlayacaq”
“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Rusiya prezidenti Vladimir Putinin süni intellekt barədə dediyi sözləri şərh edib.
Virtualaz.org “Gazeta.ru”ya istinadən xəbər verir ki, Putin bu məsələ ilə bağlı fikrini bildirərkən süni intellekt sahəsində liderliyi qazanan ölkənin “dünyanın hökmranı”na çevriləcəyini bəyan edib.
“Çin, Rusiya, tezliklə bütün ölkələr kompüter elmlərində güclü olacaq. Milli səviyyədə süni intellekt sahəsində birincilik uğrunda rəqabət, çox güman ki, Üçüncü dünya müharibəsinin səbəbi olacaq”, – Mask “Twitter”dəki mikrobloqunda yazıb.