“Votsap” rəhbəri istefa verdi
WhatsApp mesencerinin həmtəsisçisi və eyni adlı şirkətin rəhbəri Yan Kun vəzifəsindən istefa verib.
O, bu barədə öz Facebook səhifəsində məlumat dərc edib.
ABŞ KİV-lərinin yaydığı xəbərə əsasən, Yan Kum Facebook şirkəti ilə fikir ayrılığı səbəbindən bu qərarı verib.
Qeyd edək ki, Facebook şirkəti WhatsApp-I 2014-cü ildə 21,8 milyard dollar satın alıb.