Çin rəsmisi Şimali Koreyaya səfər edəcək

Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri İ.Van Şimali Koreyaya səfər edəcək.

Bu barədə Çinin XİN-ni rəsmi məlumat yayıb. Məlumata görə, səfər may ayının 2-ə təsadüf edəcək. Səfər çərçivəsində İ. Vanın KXDR-in xarici işlər naziri Li Yön Xon ilə görüşəcəyi gözlənilir.

KXDR rəsmisinin dəvəti ilə Pxenyanda ikigünlük səfər çərçivəsində hansı məsələlərin müzakirəsi ediləcəyinə dair məlumat qeyd edilməyib.