Sarkisyan həyatının biabırçı saatlarını sayır – CANLI YAYIM

İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları yenidən başlayıb. Bu gün İrəvan Dövlət Universitetinin tələbələri kütləvi etiraz aksiyasına başlayıblar. Onlar müəllimləri də aksiyaya qoşulmağa çağırıblar. Hazırda etiraz aksiyaları Ermənistan paytaxtının müxtəlif hissələrində, həmçinin Baqramyan prospekti və Orbeli küçəsində keçirilir. Nümayişçilərin bir qrupu isə Koryuna və Teryana küçələrinin dörd yolayrıcını kəsiblər.

Xatırladaq ki, “Yelk” müxalifət blokundan Ermənistanın parlamentinin üç deputatı – Serj Sarkisyanın baş nazirliyinə qarşı kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan, onun silahdaşları Ararat Mirzoyan və Sasun Mikayelyan saxlanılıb.

Etirazçılar onların təcili azad edilməsini, baş nazir Serj Sarkisyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Etiraz aksiyaları aprelin 13-də başlayıb. Aprelin 17-də isə Nikol Paşinyan “məxməri inqilab”ın başlandığını bəyan edib. Polis nümayişçilərə qarşı güc tətbiq edir. Dünən İrəvanda 277 nümayişçi saxlanılıb. Publika.az “news.am” saytına istinadən xəbər verir.

Polis nümayişçilərə qarşı güc tətbiq edir. Dünən İrəvanda 277 nümayişçi saxlanılıb.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi