“Exit-poll” tədqiqatında seçicilərin fəallığı artır

19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 13 saylı seçki məntəqəsində “Els” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən “exit-poll” tədqiqatı həyata keçirilir.

Sechki-2018.az saytının xəbərinə görə, mərkəzin nümayəndəsi Kənan Şıxlı bildirib ki, “exit-poll” tədqiqatında seçicilərin fəallığı artır. O, qeyd edib ki, 2008-ci ildən həyata keçirilən “exit-poll”un metodikası dünya standartlarına uyğun seçilir və təşkilati işlərdə sistem təkmilləşdirilir.

Tədqiqata daha çox gənclər cəlb edilir.