AŞPA təmsilçisi: “Vətəndaşlar prezident seçkilərində kifayət qədər fəallıq göstərirlər”

Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Səhər tezdən Bakıda seçkilərin başlanmasını izlədik, indi isə Sumqayıtdayıq. Artıq şəhərin 8 seçki məntəqəsində səsverməni müşahidə etmişik.

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyasının moldovalı üzvü Valeriu Ghiletchi bildirib. “42 saylı Sumqayıt II seçki dairəsinin 37 saylı seçki məntəqəsində ilk dəfə səsvermədə iştirak edən gəncin doğum gününün həm də bu mühüm hadisəyə təsadüf etdiyinın şahidi olduq. Biz də təbriklərə qoşulduq”, – deyə beynəlxalq müşahidəçi qeyd edib.

Prezident seçkiləri ilə bağlı müşahidələrini bölüşən qonaq Azərbaycanda artıq ikinci seçkidə iştirak etdiyini deyib. O, vətəndaşların prezident seçkilərinə böyük maraq göstərdiyini və kifayət qədər fəal olduqlarını bildirib. Beynəlxalq müşahidəçi seçkiləri müşahidə etdiyi zaman heç bir qanun pozuntusu ilə rastlaşmadığını deyib.
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi