İbrahim Karagül: Növbəti təxribatı Egey dənizində törədə bilərlər

“Rusiyanın döyüş təyyarəsini vuraraq Türkiyəni Rusiya ilə müharibənin bir addımlığına gətirənlər eyni təxribatı Egey dənizində törədə bilərlər”. Bunu Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül bildirib.

Onun sözlərinə görə, bənzər təxribatın yenə də FETÖ və atlantikçi dairələrin təlimatları ilə törədilə biləcəyinə dair şübhələr var. Yazar qeyd edir ki, ölkənin qərbində – Egey dənizində Türkiyə və Yunanıstan arasında yeni bir qarşıdurmanın fitili atəşlənə bilər.

“Bir müddətdir Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edir. Xüsusilə, yunan siyasətçilərin Türkiyənin ünvanına səsləndirdikləri bəyanatlarında döyüş dilindən istifadə etməsinin arxasında bu ssenarinin olduğu düşünülə bilər. Afrin əməliyyatı davam etdiyi bir vaxtda, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah başçısı Hulusi Akarın “Türkiyə iki cəbhədə eyni vaxtda döyüşmək gücünə malikdir” bəyanatı da böyük ehtimalla bu təhdidə cavab idi”, – İbrahim Karagül qeyd edib.

Yazar qeyd edir ki, Türkiyə donanmasının bir yunan gəmisini “vurması” ABŞ-ın himayəsi altında Avropa İttifaqına daxil olan ölkələrinin hamısının (28 ölkə daxildir -red.) daxil olduğu bir Qərb cəbhəsinin açılmasına gətirib çıxara bilər.
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi