Serbiyalı müşahidəçi: “Səsvermə müdaxilə olmadan keçir”
“Səhərdən etibarən Xətai rayonu ərazisində bir neçə seçki məntəqəsində olmuşam. Səsvermə kənar şəxslərin müdaxiləsi olmadan yaxşı səviyyədə keçir”. Bunu prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Serbiyadan olan müstəqil müşahidəçi Yelena Zariç Kovaçeviç deyib.
O qeyd edib ki, yerli və beynəlxalq müşahidəçilər seçki məntəqələrində səsvermənin gedişini izləyirlər: “Səsvermə saat 08.00-da başlayıb və hər şey qaydasındadır. Təxminən 17 seçki məntəqəsində olmuşam. Getdiyim seçki məntəqələrinin heç birində hər hansı bir pozuntuya rast gəlməmişəm”.