Qazaxıstan Senatının üzvü: “Seçki məntəqələrində seçicilər çox fəaldır, pozuntular müşahidə olunmur”

“Seçki məntəqələrində seçicilər çox fəaldır, pozuntular müşahidə olunmur”. Bunu  Qazaxıstan Senatının üzvü Muratbay Joldasbayev deyib. O bildirib ki, Qazaxıstan Senatından 701 nəfərdən ibarət nümayəndə heyəti gəlib: “Biz seçicilərin fəallığını görürük. Onların əhval-ruhiyyəsi yüksəkdir. Hər şey sakitdir və bu əsas amildir. Heç bir ajiotaj yoxdur. Qalan məsələləri müzakirə edəcəyik. Hələlik biz bir seçki məntəqəsində olmuşuq və pozuntu görməmişik. İşıqlandırma var. Əlavə girişlər yoxdur – yalnız bir giriş və bir çıxış. Bütün qutular möhürlənib”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.