Sumqayıtda 37 seçki məntəqəsində veb-kamera quraşdırılıb

Aprelin 11-də saat 8-də Sumqayıtda yerləşən 134 seçki məntəqəsində Azərbaycan prezidentinin seçkiləri ilə bağlı səsvermə başlayıb. Artıq səhər tezdən məntəqələrdə seçicilərin fəallığı müşahidə olunub. Sechki-2018.az saytının xəbərinə görə, Sumqayıt üzrə seçici siyahılarında 163 min 286 seçici qeydə alınıb. 2017 vətəndaş ilk dəfə seçici hüququndan istifadə edəcək. 53 nəfərin ad günü isə aprelin 11-nə təsadüf edir.

37 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçkinin başlanmasına bir neçə saat qalmış Sumqayıt telekommunikasiya şəbəkəsinin mütəxəssisləri seçki məntəqələrinin sədrləri ilə birlikdə məntəqələrə baş çəkib, səsvermənin gedişini real rejimdə müşahidə etmək məqsədilə quraşdırılmış veb-kameraların hər birinin texniki vəziyyətinin tam hazırlığının son yoxlamasını keçiriblər. Müvafiq texniki avadanlıq tənzimlənib, onların sabit işəməsinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.

Bununla yanaşı, bütün məntəqələrində tibb, ana və uşaq otaqları fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud olanlar üçün müvafiq məntəqələrdə panduslar quraşdırılıb, habelə gözdən əlil şəxslər üçün bülletenlərə eyni xüsusi plastik trafaretlər hazırlanıb.

“RƏY” Monitorinq Mərkəzi, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə, həmçinin “Els” Müstəqil Araşdırmalar Mərkəzinin könülləri bir sıra məntəqələrin çıxışında exit-poll keçirir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi