Rusiyada bağçalar bağlandı – SƏBƏB
Rusiyanın şərq vilayətlərində radon qazı təhlükəsi səbəbi ilə iki bağça bağlanıb. Vladivostokda yerləşən 36 və 37 saylı bağçalar işləmir. Buna səbəb 36 saylı bağçadan gələn şikayət olub. Valideynlər uşaqların saçının qəfil tökülməsi ilə bağlı narazılıq ediblər.
Qeyd edək ki, radon – iysiz və rəngsiz radioaktiv qazdır, həyat üçün təhlükədir. Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikincidir.