Prezident İlham Əliyev 3 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırıb – SİYAHI

Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 (beş milyon bir yüz yetmiş yeddi min) manatı Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Cəlilabad, Masallı və Yardımlı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait
1 Cəlilabad rayonu Türkelli kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 310 000
2 Cəlilabad rayonu Qarağac kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
3 Cəlilabad rayonu Ağusəm kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
4 Cəlilabad rayonu Oğrubulaq kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
5 Cəlilabad rayonu Hacıməmmədli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
6 Cəlilabad rayonu Lallar kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
7 Cəlilabad rayonu Hacıcavad kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
8 Cəlilabad rayonu Ətcələr kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
9 Cəlilabad rayonu Ləzran kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
10 Cəlilabad rayonu Suluçeşmə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
11 Masallı rayonu Şıxlar kənd 2 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
12 Masallı rayonu Bala Təklə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
13 Yardımlı rayonu Şıxlar kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 390 000
14 Yardımlı rayonu Bilnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
15 Yardımlı rayonu Avun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000
Cəmi 5 177 000
  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır