Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirildi

Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi ilə bağlı xəbərlər yayılıb.Kulis.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlanılıb.

F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib: “Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.

Aktyor bildirib ki, bu barədə geniş danışmaq istəmir, daha sonra lazım gələrsə mətbuatda açıqlama verəcək.