Məqsədləri prezidentə hədsiz sədaqəti ilə seçilən şəxsi ləkələməkdir – DEPUTAT

Proqnozlar özünü döğrultdu.Gözlədiyimiz baş verdi.Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də dəyişməyib.Onlar multikulturalizmin alternativi olan xarici islamofob, ksenofob siyasi dairələr və onaların qulbeçələri olan antimilli ünsürlərdır.Bu qüvvələr Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamani və s.) ifrat fəallaşır və öz xislətlərinə müvafiq şər, böhtan, yalan və çirkab ifraz edirlər.

Onlar ölkəmiz mühüm siyasi hadisə-prezident seçkiləri ərəfəsində olduğu bir reallıqda saxta “vətənpərvərvərik”lə qilaflanmış “don”larını çıxardaraq əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirməkdədirlər. Leksikonları isə mənəvi-əxlaqi dəyərlərimizə, mənəviyyatımıza və milli kimliyimizə büsbütün yad olan təhqir və söyüşə əsaslanır.

Siyasi leksikona “söyüş diplomatiyası” kimi üzdəniraq “məfhum” gətirmələri ilə öyünən vidadi isgəndərli, orduxan teymurxan kimi milli dönük və xəyanətkarlar öz ağalarının diqtəsi ilə ilk növbədə ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyevi hədəfə alıblar. “Sapı özümüzdən olan baltalar” Azərbaycanı xaos və anarxiya məngənəsində çabalayan görmək istədikləri halda Azərbaycanı son 15 il ərzində məhz cənab Prezidentin məqsədyönlü, sistemli və müdrik siyasəti sayəsində sabitlik və təhlükəszilik adasına çevrilmişdir. Xalq öz prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir.

İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kampaniya və macəralara cəlb etmək mümkün deyildir. Bu reallıqdan yuxularına haram qatılan, əxlaqsızlıq və şərəfsizliyi öz xəyanətkar xislətlərinin “məhək daşı”na çevirən milli dönüklər eyni zamanda Prezidentin ən yaxın silahdaşlarına qarşı da tənqid deyil, təhqir və söyüş üzərində qurulmuş bir qarayaxma kampaniyasını həyata keçirməkdədirlər. Xüsusilə də son günlər fərdi ləyaqət hissini şərəfsilik səviyyəsinə endirən vidadi isgəndərli kimi məxluqlar Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə koməkçısi, görkəmli dövlət xadimi, professor Əli Həsənova qarşı da siyasi deyil, əxlaqsızlıq və tərbiyəsizliyin etalonu ola biləcək bir səviyyədə “soyüş kampaniyası”na başlayıblar. Məqsədləri dövlətçiliyə və cənab Prezidentə hədsiz sədaqəti, yüksək peşəkarlığı, dərin zəkası və iti fəhmi ilə seçilən Əli Həsənovu ləkələməkdir. Eyni zamanda hakim komanda daxilinə təfriqə salmaqdır. Həmişə olduğu kimi, indi də bu “siyasi parazit”lərin arzuları gözlərində qalacaq. Xalqın gözü tərəzidir.

 

 

Qoy milli dönükər unutmasınlar ki, xəyanatkarlara hətta onlardan istifadə edənlər də nifrət edirlər və məqsədlərinə çatdıqdan sonra yumşaq desək, işlədilmiş əlcək kimi kənara tullayırlar. Bu məqamda ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın fikirlərinə də istinad yerinə düşər: ”Ən qədim peşənin sakinləri bir halda fiziki deyil, mənəvi məmnunluq hissi yaşayırlar. Bu da Vətəninə xəyanət etmiş birisinə “xidmət”dən imtina etdikdə yaşanan hissdir. Bu halda daşıdığı peşə belə xəyanətkarlığın fövqündə dayanır”.

Qoy milli dönüklər unutmasınlar ki, xalqımız onların hansı “havanı oynadıqlarını”, hansı sifarişləri yerinə yetirdiklərini çox gözəl dərk edir.Bu günlərdə “sapı özümüzdən olan balatalar”dan biri olan vidadi isgəndərlinin doğulduğu Göyçayın Məikkənd kəndinin sakinləri ilə görüşümüz zamanı onların səsləndirdiyi fikirlər bu inamimizi daha da möhkəmləndirdi. Kənd sakinləri birmənalı şəkildə vurğuladılar ki, əvvəla, vidadi isgəndərlinin Göyçay camaatının adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Prezidentimizə qarşı təhqiri biz göyçaylılar özümüzə qarşı və hər bir azərbaycanlıya qarşı təhqir hesab edirik. İkincisi, atasının qəbrinin təhqir edilməsi ilə bağlı iddiaları yalan və iftiradan başqa bir şey deyildir. Eyni zamanda kənd sakinləri bizə gileyləndilər ki, vidadi isgəndərlinin atasının qəbrini illərdir ki, ot-ələf basıb. Atasının qəbrindən siyasi məqsədlər üçün istifadə edib mərhumun ruhunu narahat etməkdənsə, vidadi isgəndərli heç olmasa 5 ildən bir gəlib İsgəndər kişinin məzarının ətrafını otdan, alaqdan təmizləsin, kənd mollasına bir yasın oxutdursun.

Onu da qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə Göyçay qəzasının məhz Məlikkənd kəndindən deputat seçildiyini qeyd etməklə qurur duyduqlarını vurğulayan kənd sakinləri Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini və onun alternativin olmadığını da fəxrlə bildirdilər. Həm də qeyd etdilər ki, vidadi və onun kimilərin Göycay əhalsinin adından danışmağa heç bir haqqı və səlhiyyəti yoxdur. Eyni zamanda boyük təəssüf hissi ilə bildirdilər ki, vidadi də, orduxan da və onlar kimi milli xəyanət yolunu seçmiş digər dönüklər də Azərbaycan xalqının çörəyini yeyib, suyunu içib, havasını udub, erməni diğalarına nökərlik edirlər. Əks halda necə ola bilər ki, Cəbrayıl rayonunda göz açmış orduxan, indi arvadının vətəni olan Hollandiyadan milli şərəf hissini itirərək bütün dünyaya car çəkir ki, ermənilər işğal altında olan Cəbrayılda bir dənə də olsun tarixi-mədəni abidəmizi, o cümlədən qəbirlərimizi dağıtmayıblar. Zənnimicə, bu satqın mövqeyindən sonra orduxanın xarici erməni diaspor və lobbi mərkəzlərinin əlində oyuncaq-alət olduğunu xüsusi olaraq isbat etməyə heç bir lüzum qalmır. Eyni zamanda onun Cəbrayıl camaatının adından vəkillik etməyə də heç bir haqqı yoxdur. O satıldığı andan bu haqqı omürlük itirmişdir.

Burada daha bir maraqlı məqam diqqətdən yayınmır. Belə ki, orduxanın ermənilərin “qəbir humanizmi” ilə bağlı söylədiyi xəyanətkar mövqeyinin ardınca vidadi isgəndərlinin “qəbir avantürası” ortaya çıxır. Hadisələrin baş verməsində müşahidə olunan ardıcıllıq və sinxronluq təsadüfi sayılmamalıdır. Deməli, eyni ermənipərəst mərkəzlər millətinə dönük çıxmış ən azı bu iki məxluqun dili ilə bir tərəfdən ermənilərin “mədəni”, “sivil” xalq, digər tərəfdən isə azərbaycanlıların “vəhşi”, “vandal” xalq olduqlarını beynəlxalq ictimai fikrə sırımaq istəyirlər. Son niyyətləri isə odur ki, bütün bunları nəzərə alıb, ermənilərlə azərbaycanlıların etnik uygunsuzluğu ilə bağlı irqçi, faşist mövqelərinə haqq qazandırsınlar. Kimlərdən istifadə etməklə? Cavabını bilirsiniz…

Sonda bu qeyd etdiyim fikirlərin altından qırmızı xətt çəkərək bildirirəm: qoy milli dönüklər unutmasınlar ki, xəyanətkara qarşı ictimai qınaq və xalqın qəzəbi olduqca amansız olur. İndi söyləyəcəyim bir hadisə bu gün Avropada ermənilərə nökərlik edərək Xalqına, Millətinə, Vətəninə, Bayrağına və Prezidentinə qarşı bağışlanmaz xəyanət yolunu seçmiş dönüklərə bir ibrət dərsi olsun. Nə qədər ki, gec deyil, sabahlarını düşünsünlər.

Beləliklə, keçən əsrin 30-cu illərində baş vermiş müdhiş hadisədir. Bir gün 25 illilk həbs cəzasını çəkdikdən sonra bir kənd sakini yurduna qayıdır. Kəndin sanki onun donüşündən xəbəri yoxdur. Heç kim həmkəndlisini azadlığa çıxması münasibətilə təbrik etmək, gözaydınlığı vermək üçün evinin kandarına belə ayaq basmır. Camaatın bu laqeyidliyinə bir neçə gün dözə bilən həmin şəxs bir gün əhalinin əsas istirahət etdiyi yerə-kənd çayxanasına üz tutur. Üzləşdiyi vəziyyət onu daha da sarsıdır. Kənd camaatı onun çayxanaya daxil olduğunu gördükdə nümayişkəranə surətdə oranı tərk etməyə başlayır. Yalquzaq kimi tək qalan həmin şəxs kənddə hüzr yerinə gedərkən də eyni aqibəti yaşamalı olur. Kor-peşiman evinə qayıdan həmkəndlilərinin üzücü qınağına tab gətirməyib, evində keçinir. Onun əsl müsibəti isə əslində bundan sonra başlanır. Nəinki onun dəfninə heç bir kəndlisi gəlmir, hətta qəbirstanlığa aparıb dəfn etmək üçün bir kimsə tapılmır. Bunu görən kənd ağsaqqalları çarəsiz qalıb, qonşu kənddən kömək istəyirlər. Tamamilə yad insanlar onu çiyinlərinə alıb qəbirstanlığa aparırlar Qəbirstanlığa daxil olduqda olduqca müdhiş bir səhnənin şahidi olurlar. Bütün kənd əhalisi bir nəfər kimi qəbirstanlıqda idi. Onlar mərhumun onun ölüsünün yanında dəfn olunmasına imkan verməmək üçün qəbirstanlığa toplaşmışdılar. Bax budur ictimai qınağın gücü.

Bəs nə səbəbdən həmkəndlisinə qarşı kənd əhalisi bu qədər qəzəbli olmuşdu? Məlum olur ki, həmkəndlilərinin amansız qəzəbinə tuş gələn bu şəxs törətdiyi bağışlanmaz cinayətə-xəyanətə görə belə cəzalandırılıb. Belə ki, o, kəndlərini gecələr sərhədyanı ölkədən gələn quldur-qaçaqmalçılardan qoruyan iki nəfər gənc (subay) milis (polis) nəfərini atlarını ələ keçirib satmaq məqsədilə xəyanətkarcasına (gündüz yatdığları vaxt) öldürdüyünə görə camaatın qəzəbinə tuş gəlmişdir. Nəinki diriykən, hətta öldükdən sonra da ictimai qınaqın qəzəbindən qurtula bilməmişdir.

Ey milli dönüklər, ictimai qınaq yaman olur!!!

 

Elman Nəsirov

millət vəkili, siyasi elmlər doktoru, professor