ABŞ-da bir milyon dollarlıq silah oğurlandı
ABŞ-da hərbi bazanın anbarından 1 milyon dollar dəyərində silah oğurlanıb. Hadisə Kentukki ştatında, “Fort-Kempbell” hərbi bazasında qeydə alınıb. Oğurlanan silah-sursatın bir hissəsi “qara bazar”da və “eBay” vasitəsi ilə Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada olan bəzi sahibkarlara satılıb.
Hadisə ilə əlaqədar 6 hərbçi və 1 mülki şəxs saxlanılıb. Onlar cinayət törətdiklərini etiraf ediblər. Azvision.az