Məni buna məcbur edirlər – AST Telman

Hazırda Fransanın Nitsa şəhərində yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov uzun fasilədən sonra Rusiya KİV-ə müsahibə verib.

Fransaya sığınma səbəbləri, qardaşının həbsi, Rusiyaya qayıtmaq istəyindən danışan milyonçu bir sıra maraqlı məqamlara da toxunub.

Müxbirin “Niyə indi müsahibə vermək qərarına gəldiz?” sualına İsmayılov belə cavab verib:

“Uzun vaxtdır mətbuatda görünmürəm. Ümumiyyətlə, populizmi sevmədiyimdən müsahibə verməyi də xoşlamıram. Sadəcə indi hamıya bildirmək istəyirəm ki, sağ-salamatam. Sağlamam, ağlım başımdadı”.

Milyonçu ona və qardaşına qarşı qaldırılan cinayət işindən danışıb. O bildirib ki, istintaqın əlində heç bir sübut yoxdur: “Mehman Kərimov adlı şəxs istintaqla əməkdaşlığa gedərək, mənə və qardaşıma qarşı saxta ittihamlar irəli sürüb. Əminəm ki, onu buna məcbur ediblər. Mən ittiham aktını oxumuşam. Orada heç bir sübut-filan yoxdur. İnanıram ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək, bütün sular durulacaq. Onda hamı biləcək ki, əsl günahkar kimdir. Mənim reputasiyama ciddi zərbə vurdular. Xüsusən də Rusiya KİV-i – telekanallar haqqımda ağızlarına gələni verirdilər. Amma bir gün haqq-ədalət üzə çıxacaq”.

T.İsmayılov qeyd edib ki, bu cür təzyiqlərlə onu Fransada siyasi sığınacaq almağa məcbur edirlər: “Amma mən sığınacaq istəməyəcəm. Buna nə vaxtım, nə də istəyim var. Mən bir şeyi istəyirəm: işə obyektiv baxsınlar. Siz başa düşürsüz, onlar qəsdən məni küncə sıxışdırırlar. Məqsədləri də odur ki, sığınacaq alım. Mən hər şeyə hazıram. İstintaq Komitəsinə üz tuturam, onlara deyirəm ki, yalan detektorundan belə keçməyə hazıram”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi