Azərbaycanın avtomobil yollarında sürüşmə aktivləşib – Bu yollar təhlükədə

Bu il mart ayı ərzində Azərbaycanın bəzi ərazilərində lokal sürüşmə sahələri yaranıb, bəzi avtomobil yollarında uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Teleqüllə sürüşmə sahəsi – ərazidən 200-250 metr cənub-şərqdə ötən ay ərzində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilməyib.

Ə.Qaralov qeyd edib ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Məlik Aslanov küçəsi, ətraf ərazilərdə, Binəqədi 1-ci mədən yaşayış sahəsində subasma prosesinin dinamikasında təbii amillərin (atmosfer yağıntıları) aktivləşmə olub. Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesi nisbi aktivləşib.

Ə.Qaralov əlavə edib ki, mart ayı ərzində Muğanlı-İsmayılllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində atmosfer yağıntılarınını təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Yolboyu bir neçə yerdə lokal sürüşmə sahələri müşahidə olunub. İsmayılllı rayonunun Diyallı sürüşmə sahəsində nisbi aktivlik olub. Zərnəvar sürüşmə sahəsində aktivləşmə müşahidə edilib, mövcud çatların parametrləri artıb və sürüşmə sahəsinin sərhədləri genişlənib. Xankəndi sürüşmə sahəsində aktivləşmə müşahidə olunub, İstisu sürüşmə sahəsinin parametrləri artıb.

Siyəzən rayonu Sədan sürüşmə sahəsi-eyniadlı kənd ərazisində aparılan müşahidələr zamanı nisbi aktivləşmə qeydə alınıb. Şabran rayonu Bakı-Samur avtomobil yolunun 120-ci kilometrliyində – sahədə səthi yuyulma prosesinin təzahürləri müşahidə edilib. Şabran rayonunun Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir, sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb.

Ə.Qaralov deyib ki, Quba rayonunun Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə sahəsində aktivlik qeydə alınıb.

Qusar rayonunda Qusar-Sudur avtomobil yolunun 37-ci kilometrliyində sürüşmə sahəsinin dinamikasında stabillik müşahidə olunub.

Şamaxı şəhəri 48-a məhəlləsində sürüşmə sahəsində aktivlik müşahidə olunub, çatların parametrləri artıb. Şamaxı-Qaleybuğurd-Keçməddin avtomobil yolunun 24-25-ci kilometrliyində ötən aylar ərzində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçmədin kəndinə giriş yolunun 35-40 metr hissəsini tamamilə sıradan çıxarıb.

Bakı-Şamaxı avtomobil yolunun 106-11-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb.

Sürüşmə sahəsi üzərində olan çatların parametləri artıb, uçqun-töküntü prosesləri aktivləşib. Rayonun Cabanı, Dədəgünəş, Muğanlı sürüşmə sahələrində aktivləşmə qeydə alınıb.

Bakı-Ağsu magistral yolunun 132-156-cı sürüşmə sahəsində aktivləşmə qeydə alınıb, nəticədə uçqun-töküntü hadisələri müşahidə olunub.

Ə.Qaralov deyib ki, Masallı rayonunun Güllütəpə, Zuvand, Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-26-cı kilometrliyində, Cəlilabad rayonunu Sadatlı, Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində aktivləşmə qeydə alınıb.

Nazirlik rəsmisi bildirib ki, Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun 1-ci kilometrliyində aktivləşmə qeydə alınıb, yolun sağ və sol hissələrində bir neçə yerində çökmə-oturma prosesi qeydə alınıb. Xızı-Altıağac avtomobil yolunun 11-15-ci sürüşmə sahəsində aktivləşmə müşahidə olunub.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir