İran ərəbləri ayağa qalxdı

İran dövlət televiziyasında ərəblərə qarşı irqçi və rasist proqramın yayımlanması Xuzistan vilayətində yaşayan minlərlə ərəbin etirazına səbəb olub.

Etirazçılar Əhvaz və Abadan şəhərlərində Radio və Televiziya Şurasının qarşısına toplaşıb.

Dövlət televiziyası əleyhinə şüarlar səsləndirən nümayəçilərlə polis arasında toqquşmalar yaşanıb. Bir neçə nəfərin qarşıdurma zamanı yaralandığı bildirilir.