Rusiyada növbəti HƏYACAN – 131 nəfər təxliyə edildi
Rusiyanın Krasnodar şəhərində xəstəxanada tüstülənmə olub. Hadisə səbəbindən 19 xəstəxananın əməkdaşı olmaqla 131 nəfər təxliyə edilib.
Bildrilir ki, hazırda bütün təxliyə edilənlər xəstəxanaya qayıdıb.
Tüstülənmənin səbəbini öyrənmək üçün hadisə yerində sınaq yanğın laboratoriyasının mütəxəssisləri işləyir.