Fırıldaqçılığın son həddi: “MilliÖn” millətin cibinə necə girir?

Elmlər Akademiyası metrostansiyasının qarşısındakı dayanacaqda quraşdırılan ödəmə terminalı uzun müddətdir ki, bərbad vəziyyətdədir.

Bu barədə  paytaxt sakini Asif Dəmirov məlumat verib. Onun sözlərinə görə, terminal vasitəsilə “BakıKart”a pul yüklədikdə çox zaman yüklənmə prosesi getmir və sonradan ödənişin bərpasını gerçəkləşdirmək də olmur:

“Artıq neçənci dəfədir ki, “MilliÖn”ün fırıldaqçılığı ilə üzləşirəm. “BakıKart”ı aparata qoyub pul yüklədikdən sonra çek verilir, amma marşruta minərkən məlum olur ki, pul balansa köçməyib. Dünən mən də daxil olmaqla Elmlər Akademiyası metrostansiyasının qarşısındakı dayanacaqda quraşdırılan “MilliÖn” ödəmə terminalı vətəndaşların 10-12 manata yaxın pulunu mənimsədi. Çoxları balansın bərpası əməliyyatını bilmir və sonradan 1 manata görə şirkətə də müraciət etmir. Gecikirdim deyə stansiyanın içərisində yenidən 5 manat yüklədim. Qayıdanda aparatın işlədiyini görüb balansı bərpa etməyə çalışdım, amma bərpa prosesi baş tutduğu qeyd olunsa da, itən məbləğ geri qayıtmadı. Yəni, qəbzdə 5,05 AZN deyil, 6,05 AZN olmalı idi. Şirkətə müraciət edəndə deyirlər ki, şəxsiyyət vəsiqənizlə ofisimizə yaxınlaşın, probleminizi həll edək. Mənim şirkətə gedib qayıtmağım elə 1 manatdan baha başa gələcək. Bu, problemin həllidirmi?!”.

Məsələ ilə bağlı sosial şəbəkədə də etiraz edənlərin sayı artıb.Əliş Əhmədov adlı istifadəçi Memar Əcəmi dairəsindəki ödəmə terminalının 50 qəpiyi 20 qəpik kimi qəbul etdiyini və dəfələrlə pulunun mənimsənildiyini qeyd edib.

 

Şikayətlərlə əlaqədar “MilliÖn” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, hazırda sözügedən terminal işlək vəziyyətdədir və gün ərzində paytaxtda quraşdırılan bütün terminallar yoxlanılır:

“Bəzən belə problemlər yaşana bilir. Ona görə vətəndaşlarımız səbrli olmalı və proses başa çatdıqdan sonra qəbzi götürməlidirlər. Belə problemlər ortaya çıxdıqda pul mənimsənilmir, sadəcə sonradan kartı qoyub balansı bərpa etmə əməliyyatını yerinə yetirmək lazımdır. Bu da hər zaman mümkündür. Yox, əgər kart bloka düşübsə, “BakıKart” terminallarında 20 qəpik yüklədikdən sonra 24 saat müddətində aktiv olur”.Qaynarinfo

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi