Rusiya XİN hədələdi: “Diplomatları çıxaran hər bir ölkəyə…”
Rəsmi Moskva rusiyalı diplomatları çıxaran hər bir ölkəyə və ABŞ-ın Sietl şəhərindəki baş konsulluğun bağlanmasına görə tədbirlər görəcək.
Bunu “Rusiya 1” telekanalına müsahibəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib.
“Şübhəsiz ki, bu gün gördüklərimizə reaksiya verəcəyik. Hər ölkəyə dair müvafiq tədbirlər görüləcək”, deyə M.Zaxarova qeyd edib.