Təyyarə havaya qalxarkən qızıllar yerə tökülüb – FOTO

Rusiyanın Yakutsk şəhərində “An-12” təyyarəsi havaya qalxarkən hava limanının şossesinə qızıl külçələri tökülüb.

Yakustkdakı hava limanının mətbuat xidməti açıqlayıb ki, “Nimbus” avia şirkətinə məxsus təyyarənin yük hissəsinin qapısı açılıb. Bundan sonra təyyarə məcburi eniş edib.

Məlumata görə, insident zamanı təyyarədə 10 tona yaxın qızıl və platin olub.