Rumıniya baş naziri: “Azərbaycanı müsbət bir örnək kimi göstərməliyik”

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Rumıniyanın baş naziri Viorika Dençilenin müraciəti oxunub. Məlumata görə, müraciət Rumıniya baş nazirinin müavini Ana Birçall oxuyub.
Rumıniya baş naziri müraciətində bildirib ki, Qlobal Bakı Forumunda qlobal gündəlikdəki aktual məsələlər müzakirə olunur: “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması cəmiyyətlərin inkişafı üçün vacib məsələdir. Bu il həm Rumıniya, həm də Azərbaycan ilk demokratik respublikalarının qurulmasının 100 illiyini qeyd edir. Həm Rumıniya, həm də Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir. Müasir dövrdə cəmiyyətlərdə inklüzivliyi artırmaq vacibdir və yeni nəslə də bunu aşılamaq gərəkdir “. V. Dençile qeyd edib ki, Azərbaycan Şərqlə Qərb arasında körpü olaraq tolerant ölkə kimi mühüm rol oynayır: “Azərbaycanı müsbət bir örnək kimi göstərməliyik”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi