Çavuşoğlunun ABŞ-a səfəri təxirə salınıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 19-da ABŞ-a nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilib. Səfərin də məhz bu səbəbdən təxirə salındığı güman edilir. Səfər zamanı əsasən Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlarla bağlı müzakirələr aparılması nəzərdə tutulurdu. “Hürriyət”