Prezident İlham Əliyev: “TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq”

TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək: “Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün də belədir, həmişə də belə olmalıdır. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir. İqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır. Qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoymuşdur”.

İlham Əliyev əlavə edib ki, bu sərmayə qoyuluşu davam edir və daha da böyük rəqəmlərə çatacaq: “Bu il TANAP layihəsinin istismara verilməsini birlikdə qeyd edəcəyik. Bu, tarixi layihədir və uğurla başa çatır. Bizim ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Eyni zamanda, bu layihədən faydalanan ölkələr üçün yeni imkanlar açacaq. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdik. Bu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bu, Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra üçüncü tarixi layihəmizdir ki, ölkələrimiz bu layihəni birlikdə icra edib. Yəni bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız üçün, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya üçün də böyük əhəmiyyət daşıyır”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi