Ukraynanın Jitomir vilayətində fərdi yaşayış evində 8 nəfər dəm qazından zəhərlənərək ölüb.
Hadisə Berdiçev şəhərində qeydə alınıb.
Məlumata görə, hadisə yerində 2-si uşaq olmaqla 8 nəfərin meyiti aşkarlanıb. Onlardan 6-nın bir ailənin üzvü olduğu bildirilir.
Xatırladaq ki, ötən gün Sumqayıtda da bir ailənin 6 üzvü dəm qazından boğularaq faciəli şəkildə ölüb.






