Putin Ceyhun Aslanovu ABŞ-a təhvil verməyəcəyini vəd etdi
NBC telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilmiş öz vətəndaşlarını bu ölkəyə təhvil verməyəcək.
Daha öncə ABŞ-da xüsusi prokuror Robert Müller 13 Rusiya vətəndaşını və 3 hüquqi şəxsi ABŞ-dakı seçkilərə müdaxilə cəhdində ittiham etmişdi. Bu şəxslərin arasında Azərbaycan əsilli Ceyhun Aslanov da var.
“Heç vaxt. Rusiya öz vətəndaşlarını heç bir ölkəyə, o cümlədən ABŞ-a ekstradisiya etmir”, – RF-in öz vətəndaşlarını ABŞ-a təhvil verməyə hazır olması ilə bağlı sualı Putin belə cavablandırıb.