Neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti  1 barelə görə 0,20 dollar və ya 0,33% artaraq 61,45 dollar təşkil olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar və ya 0,34% artaraq 64,59 dollar təşkil edib.

Bahalaşmaya səbəb kimi, Liviyanın ən iri “qara qızıl”  yataqlarında neftin çıxarılmasının dayandırılması göstərilir.