8 saatlıq əməliyyat, ölü sayı 2612 nəfər… – AFRİNDƏ SON DURUM

Türkiyə silahlı qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 2612 nəfərə çatıb.

“Hürriyət” qəzeti xəbər verir ki, türk ordusu əməliyyat çərçivəsində mühüm bir mərhələ kimi qiymətləndirilən Raco mahalında nəzarəti tam ələ keçirib.

Raco mərkəzi istiqamətində aparılan əməliyyat 8 saat davam edib.

Beləliklə Raco, Bülbüldən sonra ələ keçirilən ikinci böyük mahal olub.