Məkkədə qadınlar üçün marafon – İLK DƏFƏ

Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib. Qaçış marafonu bu ilin aprelində Məkkədə qapalı məkanda keçiriləcək.

Marafonun baş tutacağı zalın sahibi olan “Əl-Vəhda” klubunun prezidenti Əhməd Teyib deyib ki, bu yarışda daha çox qadının iştirak etməsi üçün əllərindən gələni edəcəklər.

Marafonda 18 yaşından yuxarı zərif cinsin nümayəndələri iştirak edə bilər. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, bu ilin fevralın 24-də Səudiyyə Ərəbistanında ilk beynəlxalq marafon keçirilib. Burada 28 min səudiyyəli və digər ölkələrin nümayəndələri iştirak edib. Qalib gələn efiopiyalı idmançı 267 min dollar mükafata sahib olub. Yarışın ən qocaman iştirakçısı 79 yaşlı ərəb olub.

Məlumat üçün bildirək ki, son illərdə Səudiyyə Ərəbistanında qadınlara bir sıra hüquqlar verilib. Bunların arasında futbol matçlarını izləmək, idmanın müxtəlif növləri ilə məşğul olmaq, fitness mərkəzlərdə məşqlər etməyi göstərmək olar. Bununla yanaşı, qadınlar sürücülük vəsiqəsi əldə edə və avtomobildən istifadə edə bilərlər.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi