İsa Qəmbər insult keçirdi
“Musavat” partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirib və onun beyninə qan sızıb.
Bakı həkimlərinin müşayiəti ilə İsa Qəmbər Ankara klinikalarından birinə müalicəyə göndərilib.
Xatırladaq ki, bir müddət əvvəl İsa Qəmbərin səhhətində problemlər yaranmış və o, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Onun həkiminin sözlərinə görə, İsa Qəmbər infarkt keçirmişdi. Onun ürəyinə bir neçə stent qoyulmuşdu.
İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.