Narkoloji dispanserdə ölənlərin sayı 30 oldu -YENİLƏNİB
Son məlumatlara görə,Xətai rayonu ərazisində baş verən yanğınla bağlı ölkənin güc strukturlarının rəhbərləri hadisə yerinə gəlib.
Nazir Kəmaləddin Heydərov başda olmaqla FHN rəhbərliyi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş prokurorun müavini Rüstəm Usubov hazırda yanğın ərazisindədir. Daxili işlər naziri Ramil Usubov da hadisə yerinə gəlib.
Hadisə nəticəsində 30-a yaxın şəxsin həlak olduğu bildirilir.