Məşhur türk aparıcısı oteldə ölü tapılıb

Məşhur türk aparıcı Vatan Şaşmaz İstambulda otellərin birində ölü tapılıb. Trend-in məlumatına görə, Şaşmaz keçmiş modeli Aker Filiz ilə birlikdə oteldə olub. Bildirilir ki, onların arasında dava baş verib, sonra isə Filiz dörd dəfə Vatana atəş açıb. Hadisədən sonra keçmiş model özünü öldürüb. Hadisə yerində istintaq qrupu işləyir.