ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib.







