Beynəlxalq Turan Oyunları Komitəsi yaradılıb

Türk dünyasının keçmişdən bu günədək yaşayan idman mədəniyyətinin inkişafı və yaddan çıxmış türk idman oyunlarını yenidən bərpa edib inkişaf etdirmək məqsədilə yeni təşkilat yaranıb.

AZƏRTAC xəbər verir ki, təşkilat Beynəlxalq Turan Oyunları Komitəsi kimi rəsmi qeydiyyatdan keçərək öz fəaliyyətinə başlayıb.

Komitənin təsisçiləri Alpaqut Turan Döyüş Sənətinin qurucusu, türk savaş sənətləri üzrə araşdırmaçı Vasif Namazov, Dünya Alpaqut Federasiyasının idarə heyətinin üzvü Fərid Əlizadə, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti, Əməkdar İdman xadimi Azər Həsənsoydur.

Komitənin fəxri prezidenti A.Həsənsoy, prezidenti Fərid Əlizadə, birinci vitse-prezidenti Vasif Namazovdur.