Özəl telekanallarda maarifləndirici verilişlər yoxdur

“Telekanallarda şou-proqramlarda bağlı narahatlıq tək bizdə deyil, bütün dünyada mövcuddur. Çox təəssüf ki, dünyada hər şey şoulaşır”.  Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli bildirib ki, bu, tək televiziyalara aid məsələ deyil: “Hüquqşünaslar, iqtisadçılar, din xadimləri öz işlərini şoulaşdırırlar. Ümumiyyətlə, cəmiyyətdə elə sahə yoxdur ki, şou ilə bağlı olmasın. Bu, çox təəssüfedici haldır və televiziyada özünü daha çox göstərir. Azərbaycanda özəl telekanallarının əsas gəlir yeri reklamla, sponsorla bağlıdır. Ona görə də telekanallar gəlir əldə etmək, cəmiyyəti verilişlərinə cəlb etmək üçün müxtəlif yollar, orijinallıq axtarırlar. Çox təəssüf ki, bu yollar bəzən çox da uğurlu alınmır”.
MTRŞ sədri hesab edir ki, büdcədən maliyyələşən Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət Televiziyası, İdman Televiziyası, İctimai Televiziya bu işdə əsas yükü öz üzərlərinə götürməlidir: “Bu televiziya kanalları gərək cəmiyyətin tələbatını ödəsin. Əgər insanlar həmin televiziya kanallarında olan verilişlərə baxacaqlarsa, özəl telekanallardakı şou verilişlərinə ehtiyac qalmayacaq. Çox təəssüf ki, cəmiyyətdə dəyərsizləşdirmə çox sürətlə gedir və bu özünü bütün sahələrdə göstərir. Bu, qorxulu tendensiyadır və biz bundan çox əziyyət çəkirik”.
N. Məhərrəmli MTRŞ-nın sosial problemli insanlar üzərində şou yaradılmasını qəbul etmədiyini vurğulayıb: “Kriminal xəbərlərdə insanlarla bağlı cəmiyyəti qıcıqlandıran mövzuların tez-tez təkrar edilməsini qəbul etmirik. Bəzən elə olur ki, ailədə dəhşətli, cəmiyyətimizə xas olmayan hadisə lazım olduğundan artıq işıqlandırılır. Bu, tək televiziyalar deyil, yazılı KİV-də də özünü çox göstərir. Telekanallarda belə məsələlər olan zaman Şura bunu tənzimləyə bilir. Amma bütövlükdə mediada bu hal özünü çox göstərir. Xüsusən əxlaqi dəyərlərlə bağlı kriminal hadisələr, ata-övlad, ər-arvad məsələləri daha çox qabardılır”.
MTRŞ sədri qeyd edib ki, televiziya kanallarında yetərincə maarifləndirici verilişlərin olması üçün iqtisadi baza olmalıdır: “Özəl telekanallarda maarifləndirici verilişlər demək olar ki, yox dərəcəsindədir. Bu özəl telekanalların iqtisadi vəziyyəti həddindən artıq pisdir. Bir müddət əvvəl hətta Azərbaycan prezidenti bəzi özəl telekanallara həm “Azərkosmos”a, həm də “Teleradio” İstehsalat Birliyinə borclarının ödənməsi üçün xüsusi yardım ayırdı. O baxımdan özəl telekanallarda maarifçilik verilişlərinə yer ayrılmaması ciddi problemdir. Bu, həm də reklamın azlığı ilə bağlı olan məsələdir. Ümumilikdə isə telekanallarda problemlər çoxdur. Bura kadr məsələsi, telekanal rəhbərlərinin düzgün proqram siyasətinin olmaması və digərləri daxildir”.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib